Xəzər Xəbər

Hər kəs bu qəhrəmanımızın şücaətindən danışır VİDEO

Veb TV | 21:47 • 24 Noyabr 2020
Hər kəs bu qəhrəmanımızın şücaətindən danışır

Cəbhədə düşmənə sözün əsil mənasında qan udduran, Ermənistana məxsus 10-dan çox texnikanı ələ keçirən və yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhid olan divizyonun qərərgah rəisi mayor Ramil Ağayev. Bu qəhrəmanımızın şücaətinə görə indi onunla yalniz ailəsi, yaxınları deyil, Azərbaycan qürur duyur.


Cəbhə bölgəsində düşmənə məxsus 12 tankı və digər texnikaları şəxsən özü ələ keçirib. Yüzlərlə ermənini şəxsən məhv edən Topçu Mayor Ramil Ağayev. Döyüş meydanında düşmənin canına vəlvələ salan Ramilin qəhrəmanlığından indi hər kəs qürur hissi ilə danışır. Sumqayıtda yaşayan ailəsinin ısə ürəyi lap doludur.


Bu ada layiq olduğunu Ramil əvvəllər də dəfələrlə nümayiş etdirib. Xidmət etdiyi Hərbi Hissədə Divizyonun Qərərgah rəisi olan qəhrəmanimiz 2016-cı ildə Aprel döyüşlərində böyük şücaət göstərib və bir sıra fəxri ada, medallara layiq görülüb. Onları evdə göz bəbəyi kimi qoruyan Sevil xanım deyir ki, Ramil ona yalnız həyat yoldaşı deyil, həm də ən yaxın dost: sırdaş olub.


Ramil Cəbrayıl rayonunun alınmasında fəal iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə isə şəhidlik zirvəsinə yüksəlib. Bu uca məqam haqda məğrur duruşu ilə insanda ruh yüksəkliyi yaradan, amma gözlərindəki kədəri gizləməyi bacarmayan Şərafət Anadan eşidək.


Mayor Ramil Ağayev öz vəsiyyəti ilə doğulub boya başa çatdığı Lerik rayonunda dəfn edilib.


Xəbər lenti