Xəzər Xəbər

Fransa Cənubi Qafqazı təhlükəsiz region kimi görmək istəmir - VİDEO

Veb TV | 19:33 • 22 Noyabr 2020
Fransa Cənubi Qafqazı təhlükəsiz region kimi görmək istəmir -

Tarix boyu ermənipərəst mövqeyi ilə seçilən Fransanın bölgədəki həyati əhəmiyəytli məsələnin həllində birbaşa iştirak etməməsi bu ölkənin siyasi dairələrinin böyük hiddətinə səbəb olub. Elə buna görədir ki, Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili, politoloq Rasim Musabəyov xatırladır ki, hələ müharibənin ilk günlərindən Fransa vəziyyəti ermənilərin xeyrinə dəyişməyə çalışsa da, onun bütün cəhdləri nəticəsiz qalıb.

Millət vəkilinin sözlərinə görə, müharibənin dayandırılması ilə bağlı bəyanat bölgədə sülhü təmin etməklə yanaşı hər iki xalqa gözəl gələcək vəd etsə də, Fransa bu reallığı görmək istəmir. Bu ölkədəki erməni lobbsinin təsiri ilə Senata çıxarılan məsələ də məhz bu məqsədi daşıyır. Amma Fransa qanunlarına görə, hətta qondarma rejimin müstəqilliyinin tanınması ilə bağlı qətnamə qəbul edilsə belə bunun nəticəyə heç bir təsiri olmayacaq.

Rasim Musabəyovun sözlərinə görə, hazırda Azərbaycanla Fransanın böyük iqtisadi əməkdaşlığı var və Fransa höküməti də yaxşı bilir ki, Azərbaycanın maraqlarına toxunan hər hansı addım atıldığında bu layihələrin gələcəyi böyük təhlükə altına düşə bilər. Ona görə də, əgər Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi və ya başqa formada bölgədə təmsil olunmaq istəyirsə, mütləq ermənipərəst mövqeyini dəyişməli və hadisələrə obyektiv şəkildə yanaşmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti