Xəzər Xəbər

Prezidentin köməkçisi: Ermənistan dinc insanları öldürməklə hərbi cinayətlərə əl atır

Gündəm | 18:18 • 27 Oktyabr 2020
Prezidentin köməkçisi:

"Humanitar atəşkəsi pozmaq və davamlı hərbi itkilərini kompensasiyası üçün Ermənistan dinc insanları öldürməklə hərbi cinayətlərə əl atır”.


Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.


"Bərdə rayonuna reaktiv raketlərlə hücum edilib. İndiyə qədər 3 nəfər ölüb, uşaqlar və qadınlar da daxil olmaqla 10 nəfər ağır yaralanıb”, - o bildirib.

Xəbər lenti