Xəzər Xəbər

Sülh istəyənlər nədən Ermənistana kütləvi silah daşıyır? – Deputat

Dünya | 18:49 • 26 Oktyabr 2020
Sülh istəyənlər nədən Ermənistana kütləvi silah daşıyır?

Həmsədr ölkələrin iştirakı ilə yenidən hümanitar atəşkəs elan olmasına baxmayaraq, Ermənistan növbəti dəfə atəşkəsi pozaraq dinc əhalini atəş altında saxladı. Bu, bir daha onu göstərir ki, Ermənistan atəşkəsdə maraqlı deyil. Bu hal artıq neçənci dəfədir təkrarlanır. Digər tərəfdən, atəşkəs elan olunmasına baxmayaraq, bu gün də Ermənistana kütləvi silah daşınır. Əgər Ermənistan humanitar atəşkəsdə maraqlıdırsa, onda nə üçün bu qədər silah alır?


Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


Deputat bildirib ki, ümumiyyətlə Ermənistan imitasiya ilə məşğuldur və beynəlxalq hüququn heç bir normasına əməl etmir:


"Hərbi cinayət törətmək, mülki əhalini atəş altında saxlamaq, qətlə yetirmək Ermənistanın dövlət siyasətinə çevrilib. Beynəlxalq təşkilatlar bu cinayət əməllərini dayandırmaq üçün Ermənistana təzyiqləri artırmalıdırlar və Ermənistan bu imitasiyaya son qoymalıdır. Ermənistan otuz ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlayır. Buradakı bütün dini, tarixi abidələrimizi, məscidlərimizi dağıdır. İşğal olunan ərazilərdən çəkilən videolardan göstərir ki, buradakı bütün obyektlər, tarixi abidələr dağıdılıb.


Azərbaycan ilk gündən hümanitar atəşkəsə tam əməl etdi. Azərbaycan İşğalla heç zaman barışmayacaq. Ermənistan Azərbaycan torpaqlarından geri çəkilməli, bu ərazidə qaçqın və məcburi köçkün düşmüş insanların öz dədə - baba yurdlarına şərait yaratmalıdır. Belə olduğu təqdirdə bölgədə sülhə nail olmaq olar.


Yuxarıda da qeyd olunduğu kimi son baş verənlər göstərir ki, Ermənistan müharibənin durdurulmasını istəyir, ancaq torpaqların işğaldan azad olunması üçün konkret vaxt və qrafik təqdim etmir.


Ermənistan öz siyasətinə yenidən baxmalı, qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış etməyə son qoymalıdır. Belə olduğu təqdirdə, bölgədə sülh və əminamanlıq təmin oluna bilər. Ermənistan verdiyi vədləri, üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir. Bu gün Ermənistan atəşkəsə nail olmaq istədiyini bildirir, eyni zamanda Azərbaycan torpaqlarından geri çəkilmir və xaricdın kütləvi silahların alınmasına davam edir. Qeyd olunanlar bir daha Ermənistanın sülhə nail olmaq və işğal olunmuş torpaqlardan geri çəkilmək niyyətində olmadığını təsdiq edir. Belə olduğu təqdirdə, Azərbaycan adekvat cavab verərək öz torpalqarını və vətəndaşlarını qoruyacaq”.

Xəbər lenti