Xəzər Xəbər

Rayondan çıxdığım bu maşınla da geri qayıdacam - Kəlbəcər sakini - VİDEO

Veb TV | 21:16 • 20 Oktyabr 2020
Rayondan çıxdığım bu maşınla da geri qayıdacam -

Kəlbəcər sakini Rəşad Alızadə məcburi köçkün kimi rayondan çıxdıqları maşını hələ də saxlayır.

Xezerxeber.az-ın məlumatına görə, Alızadələr ailəsi "QAZ- 69" markalı maşınla rayonlarından çıxıblar.

Onların Kəlbəcərdən sağ çıxdıqları maşın hələ də qorunub-saxlanılır.

Rəşadın Kəlbəcərdən çıxanda cəmi beş yaşı var idi. Ailə üzvlərinin hər bir üzvü "QAZ- 69" markalı maşına minərək Kəlbəcərdən çıxıb. Maşın onları Göygöl rayonuna çatdıranda xarab olub. 

Onlar 27 ildir ki, Bakıda məskunlaşıb.

Rəşad həmin maşınla Kəlbəcərə qayıtmaq fikrindədir: "Maşın təmir olunacaq, amma mənim ürəyimdəki yara sağalmayacaq.Çünki Kəlbəcərdə ermənilərin törətdikləri mənim uşaq yaddaşına əbədi həkk olunub".

Maşının alıcısı da çoxdu, sosial şəbəkələrdə məlumat yayılandan sonra onu almaq istəyənlər də olub. Hətta maşının yenidən təmir olunması üçün kampaniya da başladılıb. Lakin Rəşad

bu əmanəti heç kimə qıymır.O, bu maşınla Kəlbəcərə qayıdacağı günü səbrsizliklə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti