Xəzər Xəbər

Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

Cəmiyyət | 15:55 • 25 Sentyabr 2020
Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi yekunlaşıb.

Təhsil Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunacaq.

Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti