Xəzər Xəbər

Bir gündə 13 şagird koronavirusa yoluxub

Cəmiyyət | 15:47 • 25 Sentyabr 2020
Bir gündə 13 şagird koronavirusa yoluxub

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 86, işçi heyətinin sayı 3 olub.


Bu gün virusa yoluxmuş şagirdlərin sayı 13, işçi heyətinin sayı 7 nəfər təşkil edib.


Distan təhsilə keçirilmiş siniflərin sayı 2 olub.


Bu günə qədər distant təhsilə keçən siniflərin sayı 11, məktəb sayı isə 1-dir.

Xəbər lenti