Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 272 mindən çox artıb.
XəzərXəbər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Sentyabrın 21-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 272 585 nəfər koronavirusa yoluxub, 4 698 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 30 949 804, ölənlərin isə 959 116 nəfərə çatıb.
Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.