Xəzər Xəbər

Koronavirus peyvəndinin Azərbaycana gətirilməsi üçün saziş imzalanıb - VİDEO

Veb TV | 21:48 • 21 Sentyabr 2020
Koronavirus peyvəndinin Azərbaycana gətirilməsi üçün saziş imzalanıb -

Təsdiqlənmiş koronavirus peyvəndinin Azərbaycana gətirilməsi üçün saziş imzalanıb.

TƏBİB-dən verilən məlumata görə, hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü, yəni sonuncu klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.

Hazır olacaq vaksinləri vaxtında ölkəyə gətirmək üçün sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Qlobal Vaksin İttifaqı arasında saziş imzalanıb. Sazişə görə, Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycana da göndəriləcək.

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanovun sözlərinə görə, peyvəndin ilk növbədə risk qrupunda olan insanlara vuulması nəzərdə tutulub. Buraya əsasən yaşı 65-dən yuxarı olan insanlar və xroniki xəstəliyi olanlar aiddir. Bununla da əhalinin 20 faizinin vaksinasiyası planlaşdırılır.

Peyvəndlərin ilin sonuna kimi hazır olacağı və gələn ildən insanlara vurulacağı gözlənir. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti