Xəzər Xəbər

Gürcüstanda daha 196 nəfər virusa YOLUXDU

Dünya | 10:08 • 21 Sentyabr 2020
Gürcüstanda daha 196 nəfər virusa YOLUXDU

"Koronavirusa yeni yoluxmuş 196 nəfərin 128-i Acarada yaşayır".


Bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.


Onun sözlərinə görə, 196 yeni yoluxma halından 30-u Tbilisidə aşkarlanıb.


"Dünən ölkə üzrə 3306 nəfər virusdaşıyıcısı var idi, bu gün 196 yeni yoluxma halı da əlavə olunaraq say 3502-ə yüksəldi.


196 yeni yoluxma sayı bu cür bölünür : Acara - 128, Tbilisi - 30, Kutaisi - 19, Sameqrelo - 6, Kvemo Kartli - 5, Şida Kartli - 1, Quriya - 4, Mçxeta Mtianeti - 2, və Kaxeti - 1", - deyə Ezuqbaia qeyd edib.


Onun sözlərinə görə, Tbilisidə yoluxma mənbələri müxtəlifdir. Dəqiq deyə bilmərəm amma yəqinki, bəzisi karantin zonasından, bəzisinin yəqin yerdəyişmə tarixçəsi və təmas ola bilər.


M. Ezuqbaianın açıqlamasına görə, tibb işçilərinin yoluxma sayı digər ölkələrlə müqayisədə Gürcüstanda daha azdır.


"Başqa xarici ölkələrlə müqayisədə bizim ölkəmizdə tibb işçilərinin yoluxma faizi daha aşağıdır" - dedi M. Ezuqbaia./Publika.az

Xəbər lenti