Xəzər Xəbər

Koronavirusdan ölənlərin sayı bir milyona yaxınladşdı

Hadisə | 08:31 • 21 Sentyabr 2020
Koronavirusdan ölənlərin sayı bir milyona yaxınladşdı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 304 mindən çox artıb.


XəzərXəbər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.


Sentyabrın 20-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 304 800 nəfər koronavirusa yoluxub, 5 620 nəfər isə dünyasını dəyişib.


Yoluxanların ümumi sayı 30 675 675, ölənlərin isə 954 417 nəfərə çatıb.


Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Xəbər lenti