Xəzər Xəbər

Kike Setyen "Barselona"nı məhkəməyə verir

İdman | 15:22 • 18 Sentyabr 2020
Kike Setyen "Barselona"nı məhkəməyə verir

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen klubu məhkəməyə verəcək.


Bu barədə 61 yaşlı mütəxəssis "Tvitter” hesabından paylaşım edib. Belə ki, Setyen, bir ay əvvəl müqaviləsini ləğv edən və təzminat haqqını ödəməyən "Barselona”nı məhkəməyə verəcəyini bildirib.


O, bildirib ki,"Barselona”rəhbərliyi müqaviləsinin ləğvindən bəri onunla əlaqə saxlamayıb. Bundan əlavə, sabiq baş məşqçi müqaviləsinin ləğvindən sonra haqlarını tələb etmək üçün keçmiş klubuna avqustun 26-da xəbərdarlıq etdiyini də qeyd edib.


Setyen özü ilə yanaşı, üç köməkçisinin də haqlarını qanuni yolla tələb edəcək.


Xatırladaq ki, Setyen bu ilin yanvarından avqustuna kimi "Barselona” klubuna baş məşqçilik edib. Kataloniya təmsilçisi ötən ay Setyenlə yollarını ayırıb və baş məşqçi postunaRonald Kumanı gətirib

Xəbər lenti