Xəzər Xəbər

“Həyat yoldaşını dəfələrlə...” Xaçmazdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Hadisə | 14:11 • 18 Sentyabr 2020
“Həyat yoldaşını dəfələrlə...”

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə atəş açaraq qayınanası və qayınatasını qətlə yetirib.


Hadisənin təfərrüatı ilə bağlı Publika.az-a danışan Xaçmaz Rayon İcra Hakimiyyətinin Ləcət kənd inzibati ərazi üzrə nümayəndəsi Eldar Allahverdiyev bildirib ki, qətli törədən Rəhman Osmanov ailəsi ilə yola getmirmiş və həyat yoldaşı Könül Yunusova dəfələrlə ailədə baş verən münaqişə zəminində atası evinə gəlib: "Rəhman içki düşkünü olub. Sentyabrın əvvəlində Könül yenidən atası gilə gəlib. Başqa neyləyə bilərdi ki?! Dözə bilməyib artıq. Həyat yoldaşı qətli törətməyə hazırlaşırmış. Ov tüfənginin lüləsini kəsərək qısaldıb və səhər 5 radələrində qayınatasıgilə gəlib. Onları çağırıb, Könülün atası Beykəs Yunusov çıxıb və ona 2 dəfə atəş açıb, sonra isə qayınanasını vurub. Qayınanası Sona Yunusova hadisə yerində ölüb, Beykəs Yunusov isə 2 saat əvvəl xəstəxanada dünyasını dəyişib. Yunusovların Könüldən başqa bir qızı və iki oğlu var. 20 ildən çoxdur ki, onlar ailə qurublar”.


Ləcət kənd bələdiyyə sədri Amid Xanmətov isə qeyd edib ki, R.Osmanov həyat yoldaşını evlərinə aparmaq üçün qayınatasıgilə gəlib: "Ancaq Könül onunla razılığa gəlməyib və qəti surətdə getməyəcəyini bildirib. Yunusovlar kənddə çox sakit və mədəni ailə olublar. Ailə tərəfindən bizə hansısa məlumat daxil olmayıb. Mübahisəli ailələr bizə məsələni bildirdikdə onlara kömək edə bilirik”.


Yunusovlar ailəsinin yaxını Niyazi Ağalarovun sözlərinə görə, Könül və Rəhman 20 ildən çoxdur ki, ailəli olub: "Bir qızları var. O da 5 il əvvəl ailə qurub və 2 övladı var. Bu dəqiqə özümüzə gələ bilmirik, çox pis vəziyyətdəyik. Xəbəri eşidən kimi bura gəlmişəm. Qohumlarımızdan soruşuram, hərə bir söz deyir”.


Rəhmanın içki düşkünü olmasını onun yaşadığı Seyidlikəndyeri kəndinin bələdiyyə sədri Sərdar Məmmədov da təsdiq edib. O bildirib ki, Rəhman yoldaşı və yaşlı anası ilə birgə qalırdı: "Atası çoxdan rəhmətə gedib. Nümunəvi ailə olmayıblar. Ancaq yoldaşı çox yaxşı insan olub. Rəhman içki düşkünüdür və ailəsinə baxan bir insan deyil. Kənddə lazımsız işlərlə məşğul olub, mübahisə yaradan şəxsdir. Həmişə evlərində mübahisələri, davaları olurdu. Sonda da vəziyyət bu həddə çatdı”.



Xaçmazda DƏHŞƏT: kürəkən qayınana və qayınatasını öldürdü

Qeyd edək ki, Hadisə ilə bağlı Xaçmaz rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb, Rəhman Osmanov şübhəli şəxs qismində saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti