Xəzər Xəbər

Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir VİDEO

Veb TV | 21:22 • 16 Sentyabr 2020
Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir

Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir. Bunun üçün də 2020-ci ildə korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın tərkibi yenilənib. Məqsəd bu sahədə həyata keçirilən mübarizəni daha da peşəkarlaşdırmaq, dövlət idarəçiliyində səmərəliliyin artırılmasıdır.

Azərbaycanda korrupsiyaya ilə mübarizə dövlətin əsas siyasətlərindən biridir və bu sahəyə hər zaman diqqət ayrılır. Bunu miləlt vəkili , parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov bildirib. Onun sözlərinə görə ölkəmizdə korrupisyaya qarşı mübarizə çərçivəsində mütəmadi olaraq həyata keçirilən əməliyyətlar və onların bütün təffərüatları ilə bağlı ictimaiyyətə məlumatın verilməsi dövlətin bu sahəyə olan münasibətinin bariz göstəricisidir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin digər üzvü Kamal Cəfərovun sözlərinə görə ölkə başçısının bu sahədə göstərişləri kifayət qədər aydındır. Bu gün hər bir dövlət nümayəndəsinin əsas məqsədi şəffaf şəkildə xalqına xidmət göstərmək olmalıdır. Əks halda isə cəza qaçılmaz olacaq.

Kamal Cəfərov onu da qeyd edib ki, korrupsiya qarşı mübarizə tədbirləri çərçivəsində ictimai şuraların da fəaliyyətinin də əvəzolunmaz rolu var ki, hər bir dövlət qurumu da bu şuraların şəffaf fəaliyyətini təmin etməli və onun təchizatını yaxşılaşdırmalıdır.Bu baş verdikdə isə ictimai nəzarəti gücləndirmək, şəffaf mühiti formalaşdırmaq daha rahat olar.

 

 

Xəbər lenti