Xəzər Xəbər

Azərbaycanda xüsusi qaydalarla yeni dərs ili BAŞLADI VİDEO

Veb TV | 19:36 • 15 Sentyabr 2020
Azərbaycanda xüsusi qaydalarla yeni dərs ili BAŞLADI

Bu gün ölkəmizdə yeni dərs ilinə start verilib. Ötən illərdən fərqli olaraq bu ilki bilik günü pandemiya dövrünün tələblərinə uyğunlaşdırılıb. Hər il sentyabrın 15-də səhər saatlarından şagirdlərin səs-küyü ilə dolu olan məktəblərdə bugün fərqli mənzərə yaşanıb.Heç bir xüsusi tədbir keçirilməyib

Bu məktəbli anasından ayrılmaq istəmir. Digəri isə ağlaya-ağlaya sırada dayanıb.

Parta arxasında yuxulayanlar da oldu, birinci gündən başı söhbətə qarışanlar da... Yeni tədris ili belə maraqlı görüntülərlə yadda qaldı.

Bəziləri məktəbə gələr-gəlməz özünə yeni dostlar tapdı, bəziləri də şeir danışıb, kameramıza əl salladı.

Bu ilki bilik günü pandemiya dövrünün tələblərinə uyğunlaşdırıldı. Heç bir kütləvi tədbir keçirilmədi. Səhər saatlarından şagirdlərin səs-küyü ilə dolu olan məktəblərdə bu il fərqli mənzərə var idi.

Məktəbə daxil olan müəllim və şagirdlərin hərarəti yoxlanaraq, əlləri dezinfeksiya edildi. Partalarda tək-tək əyləşən şagirdlər tənəffüs zamanı da dəhlizə çıxmadılar.

Bu gün şagirdlərlə yanaşı, valideynlər və müəllimlər də həm həyəcanlı, həm də sevincli idilər.

Qeyd edək ki, şagirdlər həftənin yalnız 2-3 günü ənənəvi qaydada dərsə gedəcəklər, qalan günlərdə tədris onlayn qaydada aparılacaq.

Xəbər lenti