Xəzər Xəbər

"Barselona"nın ulduzu transfer üçün Milana yola düşür

İdman | 18:04 • 15 Sentyabr 2020
"Barselona"nın ulduzu transfer üçün Milana yola düşür

"Barselona"nın çilili oyunçusu Vidal bu axşam və ya sabah Milanda olacaq.


La Liqa klubunun futbolçusu Arturo Vidal "İnter" klubu ilə görüşmək üçün Milana səfərə hazırlaşır.


Məşhur oyunçu hazırda "Barselona" ilə müqaviləsini sonlandırır. Belə ki, bundan sonra Vidal "İnter" ilə razılaşmanın şərtlərini müzakirə etmək üçün Milana yola düşəcək.


Xatırladaq ki, "İnter" Arturo Vidal ilə iki illik müqavilə imzalamağı düşünür. Oyunçunun illik maaşı 6 milyon avro olacaq./Offsideplus.az

Xəbər lenti