Xəzər Xəbər

Asiyalı futbolçu La Liqada tarix yazdı

İdman | 17:58 • 15 Sentyabr 2020
Asiyalı futbolçu La Liqada tarix yazdı

La Liqanın ilk turu çərçivəsində "Valensiya”  "Levante”ni 4:2 hesabı ilə məğlub edib.


"Yarasalar”ın futbolçusu Li Kan İn İspaniya çempionatının tarixinə düşüb. Belə ki, o, La Liqada 21-ci əsrdə bir oyunda iki məhsuldar ötürmə edən ən gənc futbolçu olub. Cənubi koreyalı hücumçu bu rekorda 19 yaş 207 günlüyündə nail olub.




Bundan əvvəlki rekord da "Valensiya”lı futbolçuya məxsus idi. 2008-ci ildə Xuan Mata La Liqa matçında iki məhsuldar ötürmə verərkən 20 yaş 150 günlük idi./Offsideplus.az

Xəbər lenti