Xəzər Xəbər

Türkiyənin ATƏT-in Minsk qrupuna üzvlüyü məsələsinə baxılmalıdır VİDEO

Veb TV | 20:56 • 14 Avqust 2020
Türkiyənin ATƏT-in Minsk qrupuna üzvlüyü məsələsinə baxılmalıdır

Prezident İlham Əliyevin ötən gün Türkiyənin Milli Müdafiə Nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər tarixi əhəmiyyət daşıyır. Görüşü şərh edən millət vəkili Ramil Həsənov ''Xəzər Xəbər''ə müsahibəsində belə deyib. O, bildirib ki, həm iki ölkənin iştirakı ilə keçirilən birgə hərbi təlimlər münasibətlərin hər zaman olduğu kimi indi də yüksək səviyyədə olduğunu göstərir. Millət vəkili ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini tənqid edərək əlavə edib ki, Türkiyə nüfuzu və bölgədəki fəaliyyəti ilə Minsk qrupuna üzv olmağa daha layiqdir. Bu dağlıq qarabağ münaqişəsinin ədalətli həllinə təkan verərdi.

 

''Azərbaycan və Türkiyənin birgə fəaliyyəti bölgədə və regionda strateji təhlükəsizliyə təminat verir. Ancaq Ermənistan və havadarlarının siyasəti nəticəsində bölgədə hər zaman sabitlik pozulub, təhlükəli vəziyyət yaranıb''. Bu fikirləri Prezident İlham Əliyevin ötən gün Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünü şərh edən Millət Vəkili Ramil Həsənov səsləndirib. Onun sözlərinə görə, Türkiyə regionda vəziyyətin gərginləşdiyi bir vaxtda, hər zaman olduğu kimi bu dəfə də Azərbaycanın yanında oldu və öz dəstəyini ifadə etdi.

 

Ramil Həsənov qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin tarixi köklərə söykənməsi və həyata keçirilən siyasət bölgədə sülhün və əminamanlığın qorunmasına təminat verir.

 

Ramil Həsənov vurğulayıb ki, indiyədək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilməyən, münaqişəni həll etmək əvəzinə fəaliyyətsizliyi ilə Ermənistana təxribatlar üçün şərait yaradan ATƏT-in Minsk qrupunun tərkibinə vaxtında Türkiyə daxil edilsəydi, sülh prossesində ciddi uğurlara nail olunmuşdu. Millət vəkili əlavə edib ki, görünür bu məsələdə Türkiyənin iştirak etməməsi üçün düşmən ölkə ilə yanaşı, onu havadarları da əlindən gələni edirlər.

 

Ramil Həsənov qeyd edib ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirilməsi adi hal alıb və bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Çünki birgə təlimlər həmrəyliyin göstəricisidir. Millət vəkili əlavə edib ki, bütün əksər sahələrdə olduğu kimi, hərbi-texniki sahədə əməkdaşlıq daha da genişləndirilməlidir. Çünki türkiyənin güclü hərbi-sanəye potensialı var.

Xəbər lenti