Xəzər Xəbər

“Hercai”nin yaraşıqlı aktyoru xarici sevgilisiylə toya hazırlaşır?

Şou Biznes | 14:42 • 1 Avqust 2020
“Hercai”nin yaraşıqlı aktyoru xarici sevgilisiylə toya hazırlaşır?

"Hercai” serialında canlandırdığı Miran obrazı ilə böyük populyarlıq qazanan aktyor Akın Akınözü evlənməyə hazırlaşması xəbərlərindən danışıb.


Hava limanında xarici sevgilisiylə görüntülənən aktyor haqqında yayılan iddialara cavab verib. O, arxa fonda "Happines” sözünün yazıldığı fotosuna aydınlıq gətirib:


"Foto evlilik təklifi kimi yozumlandı, o mövzuya aparmaq niyyəti var. Xoşbəxt olduğumuz bir anda paylaşmaq istədim. Profilimdə o enerjini göstərmək istərdim. Elə bir plan yoxdur”.


Daha sonra aktyor pandemiyanın təsirindən danışıb:


"İnsanlar köhnə bayramlar üçün darıxır, Ramazan bayramı pandemiya dövrünə təsadüf etdiyi üçün acı keçdi, hər kəs ailəsindən uzaqlaşdı. Mövsüm finalına da erkən çıxdıq, evə qapandım, ailəmlə birlikdə vaxt keçirdim. Hamımız üçün çətin bir proses idi”.

Xəbər lenti