Xəzər Xəbər

Yasamal rayonunda evdən 15 min manat pul oğurlanıb

Hadisə | 14:59 • 9 İyul 2020
Yasamal rayonunda evdən 15 min manat pul oğurlanıb

Paytaxtın Yasamal rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iyulun 6-da Yasamal rayonu ərazisindəki evlərin birindən 15 min manat məbləğində pul, 300 manat dəyərində velosiped və videomaqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Abdullayev, M.Əlixanov və əvvəllər məhkum olunmuş İ.Əlixanov Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti