Xəzər Xəbər

Leroy Sane "Bayern"də

İdman | 10:00 • 1 İyul 2020
Leroy Sane "Bayern"də

"Bayern" "Mançester Siti"dən Leroy Sanenin transferini yekunlaşdırıb.


 

XəzərXəbər "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi "şəhərlilər"ə bu keçid üçün 54,8 milyon funt-sterlinq təzminat ödəyəcək. 24 yaşlı vingerlə 5 illik sözləşmə bağlanılıb. Onun həftəlik maaşı 350 min funt-sterlinq olacaq.


 

"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer etmişdi. Sane zədə səbəbindən bu mövsüm cəmi 2 oyun keçirib.


Xəbər lenti