Xəzər Xəbər

Valerian bu şəxslərdə insulta səbəb olur XƏBƏRDARLIQ

Maraqlı | 09:55 • 30 İyun 2020
Valerian bu şəxslərdə insulta səbəb olur

Valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir. Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.


Valerianın kimlərə faydasından çox zərəri ola biləcəyini təqdim edirik.


- Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər


- Yüksək təzyiq xəstələri müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyaq olur və yuxusuzluq baş verir


- Qaraciyər, böyrək, enterokolit, nefrit xəstəliklərində olmaz


- Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır


- Allergiyası olanlara


- Hamilə qadınlara


Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.


Yaşlı və xəstə insanları hətta komaya sala bilər./Publika.az

Xəbər lenti