Xəzər Xəbər

Qohumlar arasında qanlı dava — Cinsiyyət orqanını kəsdi

Hadisə | 22:37 • 6 İyun 2020
Qohumlar arasında qanlı dava
Göyçay rayonunda qohumlar arasında baş verən dava qanla nəticələnib.


XəzərXəbər APA-ya istinadən bildirir ki, hadisə Göyçay şəhərinin Natavan küçəsində, avtovağzalın yanında baş verib.

Əslən Göyçaydan olan və Bakıda yaşayan, 1990-cı il təvəllüdlü Məmmədov Mirzə Əlibala oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı bacısının kürəkəni, İsmayıllı rayonu Kürdmaşı kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədov Şəhriyar İlqar oğlunu bıçaqlayıb.

O, bıçaqla Şəhriyar Məmmədovun cinsiyyət orqanını və əlini kəsib. Çoxlu qan itirən Şəhriyar Məmmədov təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Məlumata görə, Kürdmaşı kənd sakini Şəhriyar Məmmədov qaynanasının vəfatı ilə əlaqədar ailəsi ilə birgə Göyçayın Çaxırlı kəndinə gəlib. Dəfn mərasimindən sonra Şəhriyar Məmmədov Çaxırlı kəndində aralarında baş verən dava zamanı həyat yoldaşının dayısı Mirzə Məmmədov tərəfindən döyülüb. Sonra Göyçay rayon avtovağzalının yanında qohumlar arasında baş verən növbəti dava zamanı bıçaqlanma hadisəsi baş verib.

Cinayəti törədən Mirzə Məmmədov hadisə yerindən qaçaraq gizlənib.

Hazırda polis əməkdaşları Mirzə Məmmədovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbər lenti