Xəzər Xəbər

Bakıda bu qurumların işçilərinin daşınmasına avtobuslar ayrıldı

Cəmiyyət | 18:12 • 6 İyun 2020
Bakıda bu qurumların işçilərinin daşınmasına avtobuslar ayrıldı

"Bizə daxili imkanlar hesabına əməkdaşların daşınması üçün həyati əhəmiyyətli qurumlardan müraciətlər daxil olub. Ona görə də bu gün bir qisim sürücü və texniki personal iş başındadır"

Bakıda icazə verilən sahələrdə çalışan qurumların əməkdaşlarının iş yerinə çatdırılmasi üçün xüsusi avtobuslar ayrılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, bu gündən etibarən ölkənin dörd şəhərində ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Bu məqsədlə BNA fəaliyyətinə icazə verilən sahələrdə çalışanların iş yerinə daşınmasına yardım edir: "Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetinin həftəsonu üçün sərt qərarına əsasən fəaliyyət planı hazırlanıb. Bildiyiniz kimi, ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Bu iki gün ərzində avtobusların sazlanması və dezinfeksiyası üçün də fəaliyyət planı hazırlanıb. Amma bizə daxili imkanlar hesabına əməkdaşların daşınması üçün həyati əhəmiyyətli qurumlardan müraciətlər daxil olub. Ona görə də bu gün bir qisim sürücü və texniki personal iş başındadır. Ehtiyat olaraq əlavə avtobus və sürücülərin də icaze.gov portalında qeydiyyatı həyata keçirilib. Lazım olsa, onlar da bu prosesə cəlb olunacaqlar".

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
367 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti