Xəzər Xəbər

Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb - VİDEO

Veb TV | 21:42 • 4 İyun 2020
Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb -

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyinin səsləndirdiyi fikirlər tamamilə əsassızdır və tarixi reallıqları əks etdirmir. Azərbaycan tərəfi bununla bağlı beynəlxalq arenalarda dəfələrlə tarixi faktları ortaya qoyub. Prezident İlham Əliyev bu məsələdə beynəlxalq platformalarda bütün imkanlardan istifadə edir.

Dövlət başçısı bu günlərdə tarixi faktlarla bir daha qeyd etdi ki, ermənilər bizim torpağımıza, o cümlədən tarixi ərazilərimizə XIX əsrin əvvəllərində köçürülüblər və indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb. Dövlət başçısının bu fikirləri bildirməsi Ermənistan hökuməti üçün yenidən tarix dərsi oldu.

Bu fikirləri Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Onun sözlərinə görə, dövlət başçısının tarixi faktlara söykənən fikirləri Ermənistan hakimiyyət nümayəndələrini çətin vəziyyətdə qoyur.

Ermənistanın iddiaları isə tarixi faktlarla söykənmir. Bu səbəbdən onlar tarixi belə saxtalaşdırmaqdan çəkinmirlər. Ermənilərin özləri üçün ''Marağa 150'' abidəsini təsis edib, sonradan dağıtmaları da buna bariz nümunədir.

Ermənistanın münaqişə ilə bağlı təbliğatına növbəti böyük zərbə isə bu yaxınlarda vuruldu. Dağlıq Qaarabağda qondarma rejimin saxta "seçkilər" keçirməsi münaqişənin nizama salınmasında 28 ildir ki, vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən qanunazidd hərəkət kimi qiymətləndirilib və tanınmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti