Xəzər Xəbər

Qanuna dəyişiklik İki min və dörd min manat rüsum tutulacaq

İqtisadiyyat | 12:25 • 4 İyun 2020
Qanuna dəyişiklik

Tibb müəssisələrinin akkreditasiyadankeçirilməsinə görədövlət rüsumu tutulacaq.

XəzərXəbər-in xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında” qanuna 32.2 və 32.3-cü maddələrin əlavə olunması təklif edilir.

Ambulator xidmət göstərən tibb müəssisələrinə görə 2000 manat, stasionar xidmət göstərən tibb müəssisələri üçün 4000 manat rüsum nəzərdə tutulur.

Qanun layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də qeyd olunub.

Sənəddə yazılıb ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulan rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizi, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizi, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizi, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizi ödənilməsi təklif edilir.

Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 4-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Xəbər lenti