Xəzər Xəbər

Səudiyyə Ərəbistanının valyuta ehtiyatları kəskin azalıb

Dünya | 15:07 • 30 May 2020
Səudiyyə Ərəbistanının valyuta ehtiyatları kəskin azalıb

Səudiyyə Ərəbistanının Mərkəzi Bankının xarici ehtiyatları təkcə mart ayında 27 mlrd. dollar azalaraq 465 mlrd. dollar təşkil edib və bu son 20 ilin ən böyük enişi kimi qeydə alınıb.


"Reuters”in verdiyi məlumata görə, ölkə Dövlət İnvestisiya Fonduna martda 15 mlrd. dollar, apreldə isə 25 mlrd. dollar transfer edib.


Qeyd edək ki, neft gəlirləri azaldığına görə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının bu ilin I rübündə 9 mlrd. dollarlıq büdcə kəsiri yaranıb.

Xəbər lenti