Xəzər Xəbər

Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən xəbər var VİDEO

Veb TV | 20:44 • 26 May 2020
Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən xəbər var

Son günlər koronavirusa yoluxanların sayına görə mərkəzi aran rayonları da ön sıralarda dayanır. Burada Kürdəmiri xüsusilə qeyd etmək lazımdır. Təkcə son iki gündə rayonun Sığırlı kəndində 21 nəfər bu virusa yoluxub. Onların içərisində 1 yaşlı uşaq da var.


Aran rayonlarından Kürdəmirdə virusa yoluxanların sayı artıb.


Rayonun Sığırlı kəndi yoluxmanın ən çox qeydə alındığı yerdir. İcra hakimiyyəti, polis şöbəsi, mərkəzi xəstəxana və gigiyena və epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar. Şübhə döğuran şəxslərdən elə yerindəcə yaxma analizləri götürüblər. Götürülən yaxmaların cavabı 21 nəfərdə pozitiv çıxıb. Yoluxanlar arasında 1 yaşlı uşaq da var.



Sığırlı kəndində insanların ən çox toplaşdıqları kafe və çayxanalar artıq bağlanıb.



Rayonda Sığırlı ilə yanaşı, digər kəndlərdə də yoluxma halları müşahidə olunub. Onlar arasında həkimlər də var. Nəzarətə götürülənlərin müalicəsi davam etdirilir.


Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli Kərimli bildirdi ki, ümumiyyətlə rayon ərazisində 67 nəfərdə virus aşkarlanıb. Onlardan 21-i sağalıb, 46 nəfərin müalicəsi isə davam etdirilir.


Xəbər lenti