Xəzər Xəbər

Bağ evlərinə tələbat artıb - VİDEO

Veb TV | 22:20 • 24 May 2020
Bağ evlərinə tələbat artıb -

Son vaxtlar bağ evlərinə tələbat artıb. Bu isə öz növbəsində qiymət artımına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, koronavurusla mübarizə səbəbindən sərhədlərin bağlı olması tətil vaxtlarında insanların xarici yox, daxili turizmə meyl etməsinə gətirib çıxarıb.

Buna görə də Azərbaycanda bağ evlərinə olan təlabat artıb.

Əmlak ekspertlərinin sözlərinə görə, artıq 2 aya yaxındır ki, insanlar daha çox bağ evlərini kirayə götürürlər.

Tələbatın çox olması isə bahalaşmaya səbəb olub. Hətta qiymətlərin daha da artması ehtimal edilir.

Ən çox tələbat olan bağlar isə Novxanı və Mərdəkan istiqamətlərindədir. Burdakı evlərin qiyməti yerinə və evin vəziyyətinə görə dəyişir.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar olaraq xarici ucuşlar bir müddətdir, təxirə salınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti