Xəzər Xəbər

Bakıda külək ağacı avtomobillərin üzərinə aşırdı

Gündəm | 19:25 • 23 May 2020
Bakıda külək ağacı avtomobillərin üzərinə aşırdı

Güclü külək səbəbindən Bakıda Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Agentlik hava şəraiti ilə bağlı sürücülərə müraciət ünvanlayıb:

"Sürücülərə tövsiyə edirik ki, bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olsunlar. İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməyin. Bir daha küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarından ehtiyatlı olmalarını xahiş edirik".

Xəbər lenti