Xəzər Xəbər

Çində sutka ərzində koronavirusa yoluxma və ölüm qeydə alınmadı

Dünya | 13:28 • 23 May 2020
Çində sutka ərzində koronavirusa yoluxma və ölüm qeydə alınmadı

Son sutka ərzində Çində koronavirusa yeni yoluxma və infeksiyadan ölüm faktı qeydə alınmayıb.

Bu barədə ölkənin Səhiyyə üzrə Dövlət Komitəsindən bildirilib.

Son 24 saatda ölkədə yalnız 28 simptomsuz virus daşıyıcısı aşkarlanıb. Bununla yanaşı, dahaüç nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, Çində koronavirusa 82 971 nəfər yoluxub, onlardan 78 258 nəfəri virusdan sağalıb. İnfeksiyadanölüm faktlarının sayı isə 4634olub.

Xəbər lenti