Xəzər Xəbər

Yerin maqnit sahəsi zəifləyir, peyklər xarab olur: Qütblər yer dəyişdirir?

Dünya | 09:56 • 23 May 2020
Yerin maqnit sahəsi zəifləyir, peyklər xarab olur:

Orbitdəki peyklərdə və kosmik aparatlarda son zamanlarda yaşanan nasazlıqların artmasının Yer kürəsinin maqnit sahəsinin zəifləməsindən qaynaqlandığı məlum olub.


Alimlər Dünyanı Günəşin zərərli hissəciklərindən və kosmik radiasiyadan qoruyan maqnit sahəsindəki zəifləmənin getdikcə artdığını bildirirlər. Bunun hansı səbəbdən baş verdiyi isə hələlik bilinmir.


Yer kürəsinin son 2 əsrdə 10 faiz həcmində maqnit sahəsi itkisinə məruz qaldığı ehtimal edilir. Bu itkinin böyük hissəsi Afrika və Cənubi Amerika qitəsinin payına düşür. "Cənubi Atlantik Anomaliyası" (CAA) olaraq bilinən bu hadisə səbəbindən bölgədəki maqnit sahəsi son 50 ildə ciddi dəyişikliyə məruz qalıb. Son 5 ildə isə Cənub Qərbi Afrika üzərində ikinci bir zəif bölgə yaranıb. Mütəxəssislər belə hesab edir ki, bu şəkildə CAA bir müddət sonra iki hüceyrəyə bölünə bilər.


CAA orbitdə dolaşan peyklərdə texniki nasazlıqlara səbəb olur. Avropa Kosmos Agentliyində çalışan mütəxəssislər çox sayda peykdən alınmış məlumatları qarşılaşdıraraq bu anomaliyanı tədqiq edirlər. Fərqli maqnit sahələrini və dəyişiklikləri qeydə alan tədqiqatçılar CAA-nın son 10 ildə yarandığını və son bir neçə ildə sürətlə böyüdüyünü bildirirlər.


Maqnit sahəsindəki zəifliyin maqnit qütblərinn yer dəyişdirəcəyinə işarə olduğu da ehtimallar sırasındadır. Yer kürəsi də daxil olmaqla müxtəlif planetlərdə baş verə bu dəyişikliklər birdən-birə olmur. Proses bir neçə əsr ərzində yavaş-yavaş gerçəkləşə bilir. Bu yerdəyişmə gerçəkləşməyə başlasa, bi müddətliyinə dünya üzərində bir çox yerdə birdən çox şimal və cənub maqnit nöqtələri olacaq.


Mütəxəssislər belə hesab edir ki, dünya hazırda bir sonrakı maqnit qütb dəyişikliyi üçün gecikmiş ola bilər. Normalda bu tip hadisələrin 250 min ildə bir yaşandığı deyilir.


CAA yer üzündə yaşayan insanlar üçün ciddi bir problem deyil. Lakin kosmos sektorunda çalışanlar və xüsusən də kosmosa gedib gələnlər üçün olduqca önəmli problemdir. Ancaq maqnit sahəsi daha çox zəifləsə, kosmik radiasiya hissəcikləri planetin müdafiə mexanizmini keçib daha alçaq orbitdə yer alan GPS-dən rabitəyə və televiziya yayımına qədər bir çox sahədə gündəlik həyatımızı formalaşdıran peyklərin funksiyalarını pozmağa başlaya bilər./Qaynarinfo

Xəbər lenti