Xəzər Xəbər

Çernobıl zonasında yanğının söndürülməsi yeddi gündür davam edir

Dünya | 16:32 • 10 Aprel 2020
Çernobıl zonasında yanğının söndürülməsi yeddi gündür davam edir

Ukraynanın Çernobıl zonasında xilasedicilər yeddinci gündür ki, meşə yanğınlarını söndürməyə çalışırlar.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının söndürülməsinə 379 nəfər və 100 ədəd texnika, o cümlədən aprelin 9-da 154 ton su səpələmiş 3 An-32P təyyarəsi və UFHN-nin 2 helikopteri cəlb edilib.

Məlumatda Çernobıl zonasında baş vermiş yanğın zamanı radiasiya fonunun dəyişmədiyi vurğulanır. Lakin müəssisələrin və şəxsi heyətin bilavasitə öz vəzifələrini yerinə yetirdiyi yanğın xəttindəki havada radionuklidlərin konsentrasiyası artır. Bununla yanaşı, təhlükəsizlik üçün lazım olan bütün tədbirlər həyata keçirilir, o cümlədən xilasedicilər fərdi mühafizə vasitələrindən istifadə edir və yanğın xəttində müəyyən edilmiş məhdud vaxt müddətindən artıq qalmırlar.

Qeyd edək ki, Çernobıl zonasında yanğının törədilməsində 27 yaşlı kişi şübhəli bilinir. Onun sözlərinə görə, o, zibilləri və otları yandırdıqdan sonra külək alovu uzağa yayıb və buna görə də yanğını təkbaşına söndürə bilməyib.

Xəbər lenti