Xəzər Xəbər

Müqaviləsi mövsümün sonunda bitəcək ulduz futbolçuların siyahısı açıqlanıb

İdman | 12:47 • 10 Aprel 2020
Müqaviləsi mövsümün sonunda bitəcək ulduz futbolçuların siyahısı açıqlanıb

Koronavirus pandemiyası səbəbindən Avropada futbol yarışları dayandırılsa da, transfer danışıqları davam etdirilir.

Klubların maddi cəhətdən ziyana düşmələri mövsümün sonunda azad agent statusu daşıyacaq oyunçuların dəyərini daha da artırıb.

Çünki ciddi maliyyə itkisinə uğrayan qitə təmsilçiləri mövsümün sonunda havayı və ucuz oyunçulara üstünlük verməyi düşünürlər. Avropada bir neçə ulduz futbolçu var ki, klubu ilə sözləşməsi bitmək üzrədir və onlar dayandırılan mövsümün bərpasını və başa çatmasını gözləyirlər. Bu baxımdan PSJ-də ayrılıq daha çox olacaq. Fransa təmsilçisi mövsüm bitdikdən sonra 4 oyunçusunu havayı əldən buraxacaq. "Çelsi", "Napoli" və "Tottenhem"in isə 2 üzvü digər klublarla anlaşmaqda sərbəstdir.

Müqavilə müddəti mövsümün sonuna qədər olan ulduz futbolçular:
Tomas Menye (PSJ)
Villian ("Çelsi")
Dris Mertens ("Napoli")
Edinson Kavani (PSJ)
Yan Vertongen ("Tottenhem")
Artyom Dzyuba ("Zenit")
Keyvin Kurzava (PSJ)
Çarles Arangis ("Bayer")
David Silva ("Mançester Siti")
Tiaqo Silva (PSJ)
Mario Götze ("Borussiya", Dortmund)
Benyamin Stambuli ("Şalke")
Pedro ("Çelsi")
Xose Kalyexon ("Napoli")
Natanyel Klayn ("Liverpul")
Yafet Tanqanqa ("Tottenhem")

(Apasport.az)

Xəbər lenti