Xəzər Xəbər

Xüsusi karantin rejimində kəndlilər işləri ilə məşğuldur VİDEO

Veb TV | 20:15 • 8 Aprel 2020
Xüsusi karantin rejimində kəndlilər işləri ilə məşğuldur

Ölkə ərazisində təttbiq olunan karantin rejimi ilə bağlı əksər sahələrdə müvəqqəti tətil elan olunub. Lakin kənd təssərrüfatı sahəsində çalışanlar üçün heç bir məhdudiyyət yoxdur. Eləcə də sadə kəndlilər öz təsərrüfatlarında gündəlik işləri ilə məşğul ola bilərlər.

Bölgələrdə yaşayan təsərüfatçılar evdə qalmaqla bərabər əkin, yığım, dərmanlama işini də həyata keçirirlər.

Yevlaxın Nərimanabad kəndində yaşayan Zöhrab Abbasov illərdir taxıl, yonca becərməklə məşğuldur. Hazırda havalar yağmurlu keçdiyindən alaq otlarına qarşı dərmanlamanı dayanadırsa da, karantin günlərində digər aqro-texniki qulluğu həyata keçridiyini deyir.

Leyla Mədətova isə öz həyətində göyərti becərməklə məşğuldur. Kənd sakini həm istixana həm də, açıq sahədə reyhan, cəfəri, acıtərə və digər göyərti məhsulları yetişdirir.

Sabirabadda da kəndlilər təsərrüfat işləri ilə məşğul olur, günlük işlərini gecikdirmirlər.Güdəcühür kəndinən olan fermerlər də, karantin rejmi dövründəhəyətlərində saldıqları meyvə bağlarına qulluq edirlər. Xüsusən ağacların ətrafını alaq otlarından təmizləyir, dibini belləyirlər.

Bu vaxtlarda alaq otlarının təmizlənməsi əkinə müsbət təsir göstərir.

Xəbər lenti