Xəzər Xəbər

Qazaxıstanda koronavirus infeksiyasından ilk ölüm faktı qeydə alınıb

Dünya | 22:44 • 26 Mart 2020
Qazaxıstanda koronavirus infeksiyasından ilk ölüm faktı qeydə alınıb

Qazaxıstanın paytaxtında koronavirusa yoluxan qadın vəfat edib. Bu barədə ölkənin İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayev fövqəladə brifinqdə bildirib. Bu, Qazaxıstanda koronavirusdan ilk ölüm hadisəsidir. Sabah Nur-Sultan Şəhər Səhiyyə İdarəsi onun tibbi göstəricilərinə dair ətraflı məlumat verəcək.

Dauren Abayev bildirib ki, yaşlı insanlar və xroniki xəstəlikdən əziyyət çəkənlər özünütəcridə riayət etməlidir. Bu hadisə virusun təhlükəli olmağını bildirir.

Hazırda Qazaxıstanda 111 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Nur-Sultanda COVID-19 virusuna yoluxan dörd xəstənin vəziyyəti sabit ağırdır. Bundan başqa, Qazaxıstanda yeni növ koronavirus diaqnozu qoyulan ilk iki xəstə sağalıb və bu gün evə buraxılıb.

Xəbər lenti