Xəzər Xəbər

Cənubi Koreyada koronavirusdan ölənlərin 86 faizi xroniki qan təzyiqi və şəkərli diabet xəstələridir

Dünya | 21:30 • 26 Mart 2020
Cənubi Koreyada koronavirusdan ölənlərin 86 faizi xroniki qan təzyiqi və şəkərli diabet xəstələridir

Cənubi Koreyada yeni növ koronavirusdan (COVID-19) ölənlərin 86 faizi yüksək qan təzyiqindən, şəkərli diabetdən və ya hər ikisindən əziyyət çəkən xəstələr olub.

Bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi mütəxəssislərinin 124 nəfər COVID-19 infeksiyası qurbanı ilə bağlı araşdırmalarının nəticəsinə dair hesabatda qeyd olunur. Ölənlərdən yalnız 9 nəfərin əvvəllər heç bir ciddi xəstəlik keçirmədiyi məlum olub, 55 nəfər xroniki qan təzyiqi, 41 nəfər şəkərli diabet, 34 nəfər isə Altsheymer xəstəsi olub.

Cənubi Koreyada infeksiyaya yoluxmuş xəstələrdən yaşı 50-dən aşağı olanlar arasında ölüm nisbəti 1 faizdən azdır. Amma yaşı 70-dən aşağı olanlar arasında bu rəqəm 1,75, 80-dən aşağı olanlarda 6,25, 80-dən çox yaşı olanlar arasında isə 13 faiz təşkil edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, infeksiyaya yoluxma ilə ölüm arasında orta hesabla 8 gün vaxt olub.

Qeyd edək ki, Cənubi Koreyada indiyədək 9241 nəfər COVID-19 infeksiyasına yoluxub, 131 nəfər isə virusun qurbanı olub. (AZƏRTAC)

Xəbər lenti