Xəzər Xəbər

Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə yeni video-çarx hazırlayıb - VİDEO

Veb TV | 16:48 • 26 Mart 2020
Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə yeni video-çarx hazırlayıb -

Dünya üzrə koronavirusa (COVID-19)yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni video-çarx hazırlayıb.

Mərkəzdən xezerxeber.az-a verilən məlumata görə, video-çarxda, xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda vətəndaşlarımıza özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdə qalmaq, dərhal şəxsi həkimlərinə və ya Təcili Tibbi Yardım Stansiyasına – 103 və 113 xidmətinə və ya 24 saat fəaliyyət göstərən qaynar xətt –"1542”-yə müraciət etmək tövsiyə olunur.


Xəbər lenti