Xəzər Xəbər

Berlində Ümumavropa Qarabağ mitinqi keçirildi VİDEO

Veb TV | 20:16 • 22 Fevral 2020
Berlində Ümumavropa Qarabağ mitinqi keçirildi

"Qarabağ haqqımızdır!".Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirilib.Berlində mindən artıqazərbaycanlı "Xocalıya Ədalət" çağırışı ediblər.Mitinq 2 saat davam edib.

Berlinin əsas meydanda Xocalıya ədalət istəndi. Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi baş tutub.

MitinqBakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" səhifəsində canlı yayımlanıb.

Brandenburq qapıları yaxınlığında yerləşən Paris meydanınaAvropa, ABŞ, kanada və digər ölkələrdə yaşayan soydaşlarımız, eləcə də azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar.Mitinqdə Azərbaycan və Almaniya himnlərinin səsləndirilib, Xocalı soyqırımı qurbanlarını xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Aksiyaya qatılanlara Azərbaycan , alman , holland , isveçingilis , türkdillərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş torpaqlarımız , ''Xocalı Soyqırımı'' - həmin gecə yaşanan dəhşətli hadisələr barədə məlumat verilib.

Mitinq iştirakçıları "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər. Şüarlar Azərbaycan , alman və ingilis dilində səsləndirilib.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.

Ümumavropa Qarabağ mitinqi ilə bağlı yekun sənət də qəbul olunub vəbir sıra beynəlxalq təşkilatlara ünvanlanıb.

Xəbər lenti