Xəzər Xəbər

Səhiyyə Nazirliyi insanlara xəbərdarlıq etdi VİDEO

Veb TV | 19:19 • 22 Fevral 2020
Səhiyyə Nazirliyi insanlara xəbərdarlıq etdi

Cənub qonşumuz İranda koronovirusa yoluxma halının aşkarlanması bu ölkəyə gediş gəlişə də təsirsiz ötüşməyib. Belə ki hər iki isitiqamətdə sərhəddi keçənlərin sayında kəskin azalma var.Səhiyyə Nazirliyidə bununla bağlı insanlara xəbərdarlıq edib.

Bir çox ölkələri öz ağuşuna alan korona virusun İrana keçməsi ora ilə əlaqələrimizə ciddi təsir edib.Turizm şirkətlərş vəziyyətlə bağlı ciddi naratlıq keçirir.

Turizmçilərin sözlərinə görə problemlə bağlı oloaraq artıq ölkəmizdən irana gedən insanların sayı kəskin azalıb.İranda olan ziyarətlərlə bağlı edilən müraciətlərin çoxundan imta edilib.

Turizm üzrə ekpert Rəhman Quliyevin sözlərinə görə bununla bərabər azda olsa dini yerlərə ziyarətə gedənlər varki, onlarında hər birinə diqqətli olmaları tövsiyyə edilir.

Mart ayında novruz bayramı ilə əlaqədar isə daha çox İrandan Azərbaycana turistlər gəlir. Bu statistikada da ciddi azalmamüşahidə olunur. Daha çox ölkəmizə turist İrandan gəlirdi. Belə ki bir müddət əvvəldənotellərə çoxlu rezervasiyalar var idi ki, indi onların böyük əksəriyyəti rezervasiyalardan imtina ediblər.

Bu tendensiya İrandan gələn məhsulların bazarına da təsirsiz ötüşməyib. İran istehsalı olan məhsulların satışı ilə məşüul olanmağazlardanbildirirlər ki, vəziyyətlə bağlı olaraq hal hazırda əllərində olan məhsulları çox öncədən aldıqları üçün satışını həyata keçirirlər. Daha sonra isə vəziyyət hansı istiqamətdə dəyişsə onlarda o cür hərəkət edəcəklər.

Səhiyyə Nazirliyidə bununla bağlı artıq sərhəd keçid məntəqlərində nəzarəti gücləndirib.Virus təhlükəsinin olduğundan şübhə yaranarsa dərhal müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, İranda virusdan dünyasını dəyişənlərin sayı 6 ya çatıb

Xəbər lenti