Xəzər Xəbər

Sumqayıtda dəhşət – Zibil qutusunda körpə meyiti tapıldı - VİDEO

Veb TV | 19:49 • 22 Fevral 2020
Sumqayıtda dəhşət –

Sumqayıtda yeni doğulmuş körpənin meyiti zibil qabına atılıb. Qız uşağının meyitini zibil yeşiyini boşaldan təmizlik işçiləri aşkarlayıblar.

Zibil yeşiyindən yeni doğulmuş körpənin meyiti tapılıb…

Hadisə Sumqayıtda baş verib. Təmizlik işçiləri səhər saatlarında şəhərin 2-ci mikrorayon ərazisindəki zibil qablarını boşaldarkən orada körpə qız uşağının meyitini aşkarlayıblar.

Ərazidə yaşayan sakinlər hadisədən xəbərsiz olduqlarını bildiriblər.

Körpənin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti