Xəzər Xəbər

Yük maşını minik avtomobili ilə toqquşdu - VİDEO

Veb TV | 10:20 • 19 Fevral 2020
Yük maşını minik avtomobili ilə toqquşdu -

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Binəqədi-Mehdiabad yolunun Goradil kəndindən keçən hissəsində qeydə alınıb. Ötmə əməliyyatı yerinə yetirən 10-NO-500 dövlət nişanlı "Hyundai" markalı minik avtomobili qarşı yolda hərəkətdə olan 90-HJ-292 dövlət nömrəli "Mercedes" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisə yerinə yol patrul xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Xəbər lenti