Xəzər Xəbər

Bakıda piyadanı maşın vuraraq öldürüb

Hadisə | 11:39 • 17 Fevral 2020
Bakıda piyadanı maşın vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, fevralın 15-də saat 23 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini C.Əhmədov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Kəmalə İbrahimovanı vurub.


Nəticədə piyada hadisə yerində ölüb.


Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti