Novxanı - Sumqayıt yolunda baş verən qəza hadisəsi digər avtomobilin videoqeydiyyatçısına düşüb.
XəzərXəbər Avtosfer.az-a istinadən xəbər verir ki, qəzaya səbəb "KİA" markalı avtomobilin qəfil əyləci basması olub. Belə ki, yolayrıcına bir az keçəndən sonra sağa dönməli olduğunu "xatırlayır."
Bu zaman isə əyləci basır. Arxadan gələn "Mercedes" markalı maşının sürücüsü isə ara məsafəsini düzgün saxlamadığı üçün "KİA" ilə toqquşmadan yayınmaq istəyir. Nəticədə sükanı sağa çəkir. Amma bu dəfə bardürə deyərək qəza törədir.
Videonu təqdim edirik: