Xəzər Xəbər

Zəlzələ bölgəsində yaşayan azərbaycanlıların təxliyəsi davam edir

Gündəm | 21:02 • 27 Yanvar 2020
Zəlzələ bölgəsində yaşayan azərbaycanlıların təxliyəsi davam edir

Türkiyənin zəlzələ bölgəsində yaşayan azərbaycanlıların təxliyəsi davam edir.

Bu barədə "Xəzər Xəbər"in Türkiyə bürosuna müsahibəsində Azərbaycanın Ankaradakı səfirliyinin birinci katibi Elçin Allahverdiyev məlumat verib.

O qeyd edib ki, azərbaycanlıların təbii fəlakət bölgəsindən əsas təxliyyəsindən sonra da Azərbaycan səfirliyinin zəlzələ ilə bağlı yaratdığı "qaynar xətt"ə müraciətlər daxil olub.

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Nuru Quliyev isə bildirib ki, hazırda zəlzələnin baş verdiyi Elazığ və Malatya bölgələrində az sayda azərbaycanlı qalıb. Onun sözlərinə görə, konsulluq onlarla da mütəmadi olaraq əlaqə saxlayır və müvafiq müraciətləri qəbul edir.

Qeyd edək ki, yanvarın 25-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 41 nəfərhəlak olub. Dağıntılar altından 45 nəfər sağ çıxarılıb, çox sayda yaralı var.


Xəbər lenti