Xəzər Xəbər

Astara və Şəkidə narkotacirlər yaxalanıb - VİDEO

Veb TV | 20:32 • 27 Yanvar 2020
Astara və Şəkidə narkotacirlər yaxalanıb -

Astarada biri qadın olmaqla 4 nəfər narkotik satan saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Şahağacı kənd sakini Oktay Quliyev narkotik vasitə olan heroini satarkən saxlanıb.

Araşdırmalarla Oktay Quliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və həmin şəxs Astaranın Şahağacı kənd sakini Emin Mikayılov iş başında saxlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Emin Mikayılovun evində aparılan axtarış zamanı 6 kiloqram 40 qram tiryək, 70 qram psixotrop maddə (Metamfetamin) aşkarlanaraq götürülüb. Astara polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə şəhər sakini Günay Cəfərova da psixotrop maddə olan "Metamfetamin"i satarkən saxlanılıb. Onun yaşadığı evdən isə əlavə olaraq 2 qram "Metamfetamin" və elektron tərəzi aşkar edilərək götürülüb. Arşadırmalarla Gunay Cəfərovanın psixotrop maddəni əldə etdiyi Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Əliyev saxlanıb.

Onun üzərindən heroin, "Metamfetamin", yaşadığı evdən isə 1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Şəki sakininin evindən müxtəlif növ narkotik vasitələr aşkar edilib. 53 yaşlı Tərlan Vahabov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 164 qramdan artıq tiryək, 28 qrama yaxın heroin, həmçinin 110 ədəd "Tramadol" adlı dərman preparatı və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti