Xəzər Xəbər

ABŞ-da silahlı insident: 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Dünya | 08:19 • 23 Yanvar 2020
ABŞ-da silahlı insident:

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərinin mərkəzində naməlum şəxs insanların sıx cəmləşdiyi istiqamətə atəş açıb.


Xezerxeber.az-ın məlumatına görə, silahlı insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Şəhər polisi "twitter”də bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerindədir. Şübhəli şəxsin axtarışı davam etdirilir.


Hadisənin turistlər arasında populyar olan məkanda baş verdiyi bildirilir. 9-55 yaş aralığında olan yaralılar xəstəxanaya yerləşdirilib.

Xəbər lenti