Xəzər Xəbər

Qaz sayğacları ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - VİDEO

Veb TV | 19:42 • 20 Yanvar 2020
Qaz sayğacları ilə bağlı əhaliyə

Bakıda qaz sayğaclarını oğurlayıb vətəndaşlara satırlar.''Azəriqaz'' İstehsalat Birliyi vətəndaşlara diqqətli olmağı və bu cür işbazalara aldanmamağı tövsiyyə edir.

Smart tipli qaz sayğaclarını oğurlayıb satırlar.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə ''Azəriqaz'' İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov deyib. Onun sözlərinə görə, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar. Hansıki həmin ərazilər qazlaşdırılmayıb.

Həmin şəxslər smart tipli sayğac quraşdırdıqları vətəndaşlara kart vermədikləri üçün hər ay gəlib, razılaşdıqları məbləği alıblar. İnsanları isəhər dəfə bir bəhanə ilə aldadıblar ki, yaxın vaxtda kartınızı verəcəyik. Cehyun Səfərov vətəndaşları belə faktlarla rastlaşdıqda diqqətli olmağı tövsiyyə edir.

Qeyd edək ki, bu tip qaz sayğacı oğrulayanlar cinayət məsuliyyətinə cəlb ediliblər. Qala, Şüvəlan,Türkan qəsəbələrində yerləşən evlərdən 93 qaz sayğacı oğurlayıb satmaqda təqsirlibilinən, şəhər sakinləri üç il müddətinə azadlıqldan məhrum olublar.

Xəbər lenti