Xəzər Xəbər

Bakıda yol polisi əməkdaşları reyd keçirib - VİDEO

Veb TV | 19:58 • 17 Yanvar 2020
Bakıda yol polisi əməkdaşları reyd keçirib -

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları reyd keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, yol polisi əməkdaşları hərəkətin təşkilini normallaşdırmaq üçün "20 Yanvar", "Şamaxinka", 3-cü mikrorayon və "Memar Əcəmi" dairələrində naryadlar quraraq hərəkətə nəzarəti gücləndiriblər.

Reyd zamanı dayanacaqlar və yolun hərəkət hissəsini zəbt edən taksi sürücüləri ərazidən kənarlaşdırılıblar.

Həmçinin piyadaların yolu keçməsi, avtobusların dayanacağa rahat daxil olması, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi təmin olunub. Həmçinin İdarədə kameralara nəzarət edən polislər hansı yolda sıxlıq müşahidə olunsa, harada qanunsuz parklanma və ya hansısa problem yaransa dərhal ərazidə xidmət aparan əməkdaşlara məlumat verilir.

Qeyd edək ki, yol polisi həmin sürücüləri cərimə etmir. Onlara xəbərdarlıq etməklə yolda hərəkəti bərpa edir.

Ərazidə xidmət aparan polislər bildirdilər ki, bu cür reydlər bundan sonra hər gün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti