Xəzər Xəbər

Ağciyər Xəstəlikləri İnstitutunda iki xəstə bir gecədə ölüb - Səbəb nə olub? - VİDEO

Veb TV | 19:54 • 15 Yanvar 2020
 Ağciyər Xəstəlikləri İnstitutunda iki xəstə bir gecədə ölüb  -

Bakıda eyni vaxtda müalicə alan iki xəstə bir gecədə dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda baş verib.

Burada müalicə alan Lerik rayon sakini, 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Qəniyev Rəşad Süleyman oğlu ötən gün dünyasını dəyişib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İmanverdi Rzayev bununla bağlı açıqlama verib. O deyib ki, Qafarov Azad Həsənağa oğlu yanvarın 7-i ağır vəziyyətdə ''Sağ ağciyərin fibroz-kavernoz vərəmi'' və ''Ağciyər qanaxması'' diaqnozu ilə İnstituta gətirilib. Onun vəziyyəti qiymətləndirilərək Ağciyər vərəm cərrahiyə şöbəsinə yerləşdirilib.

Digər ölən şəxs, Qəniyev Rəşad Süleyman oğlu da yanvarın 7-də ağır vəziyyətdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna gətirlib. Müalicə müəssisəsinə daxil olan zaman ona həkimlər tərəfindən ''Sol ağciyərin infiltrativ vərəmi'' və ''Xroniki ağciyər-ürək çatışmazlığı'' diqanozu qoyulub. Həmin şəxs bir neçə gün müalicə almasına baxmayaraq ötən gün dünyasını dəyişib.

Baş həkim onu da bildirib ki, ölüm hadisəsinin əsas səbəbi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun tərkibində olan ''Ölüm hadisələrinin araşdırılması komissiyası'' tərəfindən araşdırılacaq.

Faktla bağlı Nizami rayon prokurorluğu tərəfindən də araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti